Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Publika.az xəbər verir ki, son olaraq Albaniyanın “Eqnatiya” klubunda çıxış edən vinger “Boluspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsgəndərli I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
“Boluspor” çempionatda 17 turdan 22 xalla 10-cu sıradadır.