Türkiyə İsraili prioritet ixrac istiqamətləri siyahısından çıxarıb ki, bu da iki ölkə arasındakı münasibətlərin ən aşağı nöqtəsini göstərir.
Publika.az xəbər verir ki, bu barədə "İsrael İnfo" məlumat yayıb.
Bildirilib ki, nəticədə İsrailə mal və xidmətlər tədarük edənlər dövlət tərəfindən subsidiyalaşdırılmayacaqlar. Gözlənilməz hallar yaranarsa, ixrac edə bilməyəcəkləri məhsullara görə, kompensasiya tələb edə bilməyəcəklər.
İsrail mediasının qeyd etdiyi kimi, bu gün Türkiyənin flaqmanı olan Türk Hava Yolları (THY) da bu xəbərə cavab verib. Medianın turizm sənayesindəki mənbələrə istinadən verdiyi məlumata görə, İsrailin bütün turizm agentlikləri türk hava yollarından Ben Quriona uçuşların ən azı payızın ortalarına qədər təxirə salınması ilə bağlı mesaj alıb.
“Təhlükəsizlik vəziyyəti ilə əlaqədar 26 oktyabr 2024-cü il tarixinədək bütün uçuşlar ləğv edilib”, – Türkiyə şirkəti elan edib və bilet alan müştərilərə pulun tam geri qaytarılmasını əmr edib.
Həm THY, həm də "Pegasus" Qəzzada müharibə başlayandan dərhal sonra uçuşları ləğv edib. Uçuşlar tamamilə ləğv edilməzdən əvvəl "El Al" orada qapalı qalan israilliləri geri qaytarmaq üçün qısa müddətə İstanbula uçub. İndi bu məsələdə son nöqtə qoyulub: oktyabrın sonuna qədər İsraillə Türkiyə arasında hava əlaqəsi olmayacaq.
Son məlumata görə, avropa şirkətlərinin bir-birinin ardınca Təl-Əvivə uçuşları tam şəkildə olmasa da bərpa etməyə başlayıblar. Belə ki, ötən gün "Air France" son üç ayda Ben Quriona ilk uçuşunu həyata keçirib. "Lufthansa" qrupunun şirkətləri daha tez geri dönüblər. İrlandiyanın aşağı büdcəli aviaşirkəti "Ryanair" uçuşları fevralda, "Wizz Air" isə yazda qismən bərpa etməyi planlaşdırır.
Hüseyn İbadlı