İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalanta Qolan təpələrinə hücuma cavab formatını seçmək səlahiyyəti verib.
Publika.az xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.
“Kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə “Hizbullah” terror təşkilatına qarşı cavab tədbirlərinin necə və vaxtı barədə qərar vermək səlahiyyəti veriblər ”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, İsrail Livan və "Hizbullah"la tammiqyaslı müharibəyə ciddi şəkildə yaxınlaşır. O, Qolan təpələrinə raket hücumunun bütün qırmızı xətləri keçdiyini vurğulayıb.
Daha sonra Qolan təpələrinə hücumla bağlı İsrail Xarici İşlər Nazirliyi Livanla müharibənin qarşısını almaq üçün son şansı verib - şiə "Hizbullah" hərəkatının qüvvələrini ərazidən çıxarmaq.
Hüseyn İbadlı