“Bavariya”nın keçmiş futbolçusu Jerom Boatenqin anası Martine Boatenq oğlunun qızlarla münasibətdə davranışı ilə bağlı etiraflar edib.
Publika.az xəbər verir ki, Martina bunu 2021-ci ildə edib, amma mətbuata indi açıqlanır. O, Boatenqa qarşı səs-küylü məişət zorakılığı işi zamanı vəkilinə məktub yazıb. Bu gün bu məktubu “Der Spiegel” nəşr edib.
“Oğlum uzun illərdir qadınları psixi və fiziki zorakılığa məruz qoyur. İndi Kasia Lenhardt intihar edib və o, hələ də davranışının nəticələrini qəbul etmək istəmir”, – məktubda deyilir.
Xatırladaq ki, 2021-ci ildə alman prokurorları Jeromu keçmiş sevgilisi və iki qız anası Şerin Zenlərə bədən xəsarəti yetirməkdə ittiham etmişdilər.
Futbolçu keçmiş sevgilisini intihara sürükləməkdə də günahlandırılıb. 2021-ci ildə Jeromun keçmiş sevgilisi və modeli olan 25 yaşlı Kasia Lenhardtın cəsədi Berlində aşkar edilib.