Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo maraqlı paylaşım edib.
Publika.az xəbər verir ki, 39 yaşlı superulduz komandasının Avro-2024-ə başlaması ərəfəsində futbolçuların onu çiyinlərində tutduqları komanda şəklini yayımlayıb. Ronaldo bu fotoya şərh yazmayıb, yalnız Portuqaliya bayrağını yerləşdirib.
Almaniyada keçirilən Avropa çempionatında Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstan ilə eyni qrupda yarışacaq. Kriştiano Ronaldonun komandası Avro-2024-ün açılış matçını iyunun 18-də Çexiyaya qarşı keçirəcək.
Qeyd edək ki, prineylilər bir dəfə Avropa çempionu olub - bu, 2016-cı ildə Fransada keçirilən qitə çempionatında baş verib. Həmin vaxt Ronaldo komandanın kapitanı olub.
Heybət