02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Qarabağdan çıxan Rusiya bu ərazidə yeni hərbi baza yaradır

06 avq 2024 14:00
GÜNDƏM
ads

Rusiya Abxaziyada hərbi donanması üçün yeni baza yaradacaq.

QÜTB.AZ
xəbər verir ki, bu iddia ilə Gürcüstan prezidenti Salome Zurabişvili çıxış edib.

Tbilisidə mətbuat konfransı keçirən Zurabişvili bildirib ki, Rusiyanın Abxaziyada yaradacağı hərbi bazanın inşa işləri başlanıb.

“Oçamçire bazası üçün işlərə start verilib. Bu ciddi problemdir və təkcə Gürcüstan üçün yox, Qara dəniz üçün də təhlükəlidir”, - Zurabaşvili bildirib.

Qeyd edək ki, Rusiyanın Abxaziyada hərbi baza inşa etmək planı haqda məlumatlar daha öncə də yayılmışdı, xüsusilə sülhməramlıların Qarabağdan çıxdıqdan sonra bu iddialar intensivləşdi. Abxaziyada yaradılacaq hərbi bazanın iki məqsədi ola bilər.

Birincisi, Ukrayna müharibəsində hərbi donanması ciddi zərər görən Rusiya dəniz qüvvələri üçün yeni təhlükəsiz “liman” hazırlayır.

İkincisi, Rusiyanın Abxaziyada hərbi baza inşa etmək planı Cənubi Qafqazda zəifləyən mövqelərini qorumaq məqsədi daşıyır. Sülhməramlılar Qarabağdan çıxdıqdan sonra Rusiyanın bölgədə yeni hərbi baza yaradacağı gözləntiləri vardı. Mümkündür ki, yeni baza məhz Abxaziyada yaradılacaq. Bu baza həm də Rusiyanın Ermənistanda zəifləyən təsir imkanlarının bölgədə kompensasiya edilməsinə hesablanıb.

Asif

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur