29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sanksiyaların nəticəsi budur?

31 may 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından 2021-ci ildə dünyada dördüncü iqtisadiyyat olub. Növbəti iki il ərzində ölkə bu mövqeyi qoruyub.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Dünya Bankına istinadən məlumat yayıb.

Dünya Bankı alıcılıq qabiliyyəti pariteti göstəriciləri ilə bağlı məlumatları yeniləyib. Rusiya 2021-ci ildə qlobal ÜDM-də 3,8 faiz payla artıq dünyada dördüncü iqtisadiyyata çevrilib. Moskva Yaponiyanı (3,7 faiz) və Almaniyanı (3,4 faiz) üstələyib.

2021-ci ildə alıcılıq qabiliyyəti paritetində Rusiya ÜDM-i 5,7 trilyon dollara, Yaponiyada 5,6 trilyon dollara, Almaniyada 5,2 trilyon dollara çatıb. 2022-2023-cü illərdə vəziyyət eyni olaraq qalıb.

Rusiya iqtisadiyyatı 2022-ci ildə altı trilyon dollara, keçən il isə 6,45 trilyon dollara yüksəlib.

Mayın birinci yarısında Mərkəzi Bank (MB) yanvar-mart aylarında Rusiya iqtisadiyyatının artım tempinin 4,6 faiz təşkil etdiyini açıqlayıb. 2024-cü ilin ikinci rübündə tənzimləyicinin gözlədiyi kimi, müsbət tendensiya davam edəcək və 2023-cü ilin aprel-iyun ayları ilə müqayisədə 4,4 faiz təşkil edəcək.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur