02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Hizbullah" İsrailə raket və dronlarla HÜCUM ETDİ

04 sen 2024 06:00
GÜNDƏM
ads
Advertisement

Şiə "Hizbullah" hərəkatı İDF-nin ( İsrail Müdafiə Qüvvələri ) Yuxarı və Qərbi Qalileydəki mövqelərinə kamikadze pilotsuz təyyarələr və idarə olunan raketlərdən istifadə edərək hücum edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə TASS hərəkatın media resurslarına istinadla məlumat yayıb.

Hərəkatın məlumatına görə, hücumlar Avivim, Ərəb əl-Aramşe, Birket Rişa, Manara, Hanitha, Sammaka və əl-Assi bölgələrində İsrail hərbçilərini hədəf alıb. Hücumlar İsrail Hərbi Hava Qüvvələrinin Livan yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq xarakterizə edilib.

Kfar Şuba yüksəkliklərində İDF-nin komanda məntəqəsi və radar stansiyası vurulub, yanğınlar qeydə alınıb.

İDF-nin məlumatına görə, "Hizbullah"ın hücumları nəticəsində xəsarət alan olmayıb. Ayrı-ayrılıqda "Hizbullah"a məxsus pilotsuz uçan aparatının Manara bölgəsində boş sahəyə düşdüyü bildirilib. Hücumlar nəticəsində baş verən yanğınlar barədə məlumatlar da təsdiqlənir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur