Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclasında göz yaşlarına boğulub.
QÜTB.AZ xəbər verir ki, siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb.
“Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb. Mən ondan sitat gətirəcəyəm: “Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”, - deyən Mənsur bu sözlərdən sonra göz yaşlarını saxlaya bilməyib.