Ukraynanın “Rux” klubunun sahibi Qriqori Kozlovskinin evində axtarış aparılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat yayıb.
Mənbənin sözlərinə görə, Lvov klubunda maaş gecikmələri var. İkinci komandanın futbolçuları isə artıq 3-4 aydır ki, məvacib lmırlar.
Ötən həftə hüquq-mühafizə orqanlarının əməkdaşları tütün biznesi ilə bağlı jurnalist araşdırmasına görə klub sahibinin evində axtarış aparıblar.
“Rux” 14 turdan sonra 19 xalla Ukrayna çempionatında 7-ci yeri tutur.