29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-la Çin arasında danışıqlar qarşılıqlı qınaqlarla başladı

26 apr 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Pekində ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi arasında danışıqlar təhlükəli səhv hesablamalar barədə qarşılıqlı qınaq və xəbərdarlıqlarla başlayıb.

Publika.az xəbər verir ki, vu barədə “Associated Press” (AP) məlumat yayıb.

“Ümumilikdə Çin-Amerika münasibətləri sabitləşməyə başlayır. Lakin bununla yanaşı, münasibətlərdə mənfi amillər hələ də güclənir və böyüyür. Çinin qanuni inkişaf hüquqları əsassız şəkildə sıxışdırılıb və əsas maraqlarımız problemlərlə üzləşib”. Vanq Yi deyib.

Diplomat ABŞ-ın hərbi infrastrukturunu genişləndirmək planlarından narazılığını ifadə edərək, Cənubi Çin dənizindəki vəziyyətə işarə edib. O, həmçinin vurğulayıb ki, Çin bütün ölkələrlə, o cümlədən dolayı yolla Rusiya ilə münasibətlər qurmaq hüququna malikdir.

Öz növbəsində Blinken tərəflər arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. O, mövcud ziddiyyətləri diplomatiya yolu ilə həll etməyə çağırıb və iki ölkənin ziddiyyətləri sülh yolu ilə həll etməyə hazır olduğunu bəyan edib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur