29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şahramanyandan sonra onların da maşını müsadirə edildi

05 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi ləğv olunmuş keçmiş qondarma separatçı qurumun silahlı birləşmələrinin rəhbəri Kamo Vardanyanın, onun “müavin”lərinin və nazirliyin balansında olmayan digər “hərbi qulluqçuların” “xidməti maşınlarını” müsadirə edib.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Onlar Ermənistana gəldikdən sonra hərbi polis adıçəkilən şəxsləri çağırır, şantaj edir ki, İrəvanda maşın sürərkən ailə üzvlərinizin və uşaqlarınızın maşınlardan düşürülərək cərimə meydançasına aparılmasını istəmirsinizsə, gətirin və onları könüllü təslim edin. Hər kəs qorxur və təslim olur, general Viktor Arstamyandan başqa. Arstamyan 2020-ci ildə müharibədə iştirak edib və yaralanıb. O, maşını təhvil vermək əvəzinə, məhkəməyə müraciət edib.

Hərbi polis məhkəmə qərarından yan keçərək Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə hesabat verir, o da mənimsəmə faktı üzrə cinayət işi açır və istintaq komitəsinin, məsələn, Samvel Şahramanyanın maşınını müsadirə etdiyi kimi, heç kimə ittiham irəli sürmədən Viktor Arstamyanın avtomobilini müsadirə edir. Arstamyan müsadirə aksiyasını qanunsuz elan etmək üçün antikorrupsiya məhkəməsinə müraciət edib. Təxminən 3 iclasdan sonra məhkəmə imtina edir. Onun avtomobili hazırda hərbi polisdədir. Əldə etdiyimiz məlumata görə, onlar şöbənin rəislərinə xidmət edəcəklər”, - nəşr yazıb.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur