Fransa Alpları 2030-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, BOK üzvləri təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında buna səs veriblər.
Təşkilatın prezidenti Tomas Bax deyib: “BOK 2030-cu il Olimpiya Oyunlarının BOK-un şərtlərinə uyğun olaraq Fransa Alp dağlarında keçiriləcəyini elan etmək şərəfinə malikdir”.
Bax daha əvvəl demişdi ki, Fransa hökuməti 2030-cu il Olimpiadası üçün zəmanət verə bilməz.