Niderlandda məhkum olunmuş “Spartak”ın hücumçusu Kvinsi Promes beynəlxalq axtarışa verilib.
Publika.az xəbər verir ki, bu barədə Amsterdam prokurorluğunun mətbuat katibi Franklin Uottimena məlumat verib.
“Məhkum olunmuş futbolçu beynəlxalq axtarışa verilib. Prokurorluq onu Nideralnda gətirməyə çalışıb və bunun üçün tədbirlər görüb. Lakin bu, hələ ki, onun ekstradisiyasına səbəb olmayıb”, – Vattimena RİA Novosti-yə bildirib .
Bundan əvvəl məlum olub ki, Promes narkotik qaçaqmalçılığına görə 6 il, əmisi oğlunu bıçaqladığına görə isə 1 il yarım azadlıqdan məhrum edilib.