05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Ukrayna nüvə silahından əl çəkməməli idi - Zelenski

28 yan 2025 02:00
DÜNYA
ads
Advertisement

Ukrayna nüvə silahından əl çəkməməli idi.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində bildirib.

Ukrayna lideri Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir.

“Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”, - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi. Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Sənəddə Rusiya, Böyük Britaniya və ABŞ-ın nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri öz əksini tapıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur