Amerikalı iş adamı Vivek Ramasvami Amerika Birləşmiş Ştatlarında prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, müvafiq bəyanatla çıxış edib.
"Mən elan etmək istərdim ki, biz prezidentlik kampaniyasını dayandırırıq", - Ramasvami “Fox News”da deyib.
Aydın olur ki, siyasətçi qarşıdan gələn prezident seçkilərində Amerikanın keçmiş prezidenti Donald Trampı dəstəklədiyini bəyan edib.
“Tramp mənim tam dəstəyimi alacaq”, - Ramasvami vurğulayıb.
Tural