29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İran “iki dövlət” planını qəbul etmir: Görün nə təklif edir

27 may 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“İsrailin yaratdığı nüvə təhlükəsi region ölkələrini nüvə silahı ilə bağlı münasibətlərinə yenidən baxmağa məcbur edəcək”.

Publika.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Abbas Arakçi dünən Qətərdə keçirilən Əl-Cəzirə Forumundakı çıxışı zamanı deyib.

O, çıxışında İranın Fələstin və İsrail arasında “iki dövlət” həllinə qarşı olduğunu bildirib: "İranın həll planı Fələstində müsəlmanlar, yəhudilər və xristianlar arasında referendum yolu ilə yaradılacaq vahid ölkə üzərində qurulub”.

Arakçi İsrailin bölgədə yaratdığı nüvə silahı probleminə və bəzi İsrail rəsmilərinin nüvə silahı təhdidlərinə diqqət çəkib: "İsrail nüvə silahına malik olduğunu nə inkar etdi, nə də təsdiqlədi. Bu mövzuda strateji qeyri-müəyyənlik variantını seçdi. Ancaq Qəzzada 8 aylıq müqavimətdən sonra görünür ki, İsrail artıq bu strateji qeyri-müəyyənlik çərçivəsindən çıxıb. İsrailin nüvə təhlükəsi regionda təhlükəsizlik məsələsini dəyişəcək və başqalarını öz nüvə mövqelərinə yenidən baxmağa məcbur edəcək”.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur