13.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Trampın qalmaqallı FOTOLARI yayıldı

13 dek 2025 01:00
DÜNYA
ads
Advertisement

ABŞ-də cinsi xarakterli cinayətlərə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni fotolar dərc edilib. Fotolarda ABŞ-ın hazırkı prezidenti Donald Tramp və sabiq prezident Bill Klinton da əks olunub.

Qutb.az xəbər verir ki, bu barədə 12 dekabr tarixində CNN və BBC məlumat yayıb. Bildirilir ki, fotolar Nümayəndələr Palatasının nəzarət komitəsində təmsil olunan demokrat konqresmenlər tərəfindən ictimailəşdirilib.

Məlumata görə, Epşteynə məxsus ada malikanəsində çəkilmiş 19 foto açıqlanıb. Həmin görüntülərdə siyasət və biznes dünyasının bir çox nüfuzlu simaları yer alır. Fotolarda Donald Trampla yanaşı, onun keçmiş seçki kampaniyası rəhbəri Stiv Bennon, ABŞ-ın sabiq prezidenti Bill Klinton, milyarderlər Bill Qeyts və Riçard Brenson, eləcə də digər tanınmış şəxslər görünür.

Qeyd olunur ki, fotoların dərc olunması Epşteyn işi ətrafında ictimai marağı yenidən artırıb. Bununla belə, yayımlanan görüntülərin konkret olaraq hansı tarixdə və hansı şəraitdə çəkildiyi, eləcə də orada yer alan şəxslərin hər hansı hüquqi məsuliyyət daşıyıb-daşımadığı barədə rəsmi açıqlama verilməyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur