28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İspaniya DÇ-2030 üçün stadionları təqdim etdi

20 iyl 2024 08:00
İDMAN
ads
Advertisement

İspaniya Futbol Federasiyası 2030-cu il dünya çempionatında oyunların keçiriləcəyi stadionların siyahısını təqdim edib.

Publika.az xəbər verir ki, ümumilikdə İspaniyada 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün 11 namizəd stadion olacaq.

Siyahıya bu stadionlar daxildir: “Kamp Nou” (“Barselona”), “Santyaqo Bernabeu” (“Real” Madrid), “Metropolitano” (“Atletiko” Madrid), “RCDE Stadion” (“Espanyol”), “La Cartuja” (İspaniya millisinin stadionu), “San Mames” (“Atletik” Bilbao), “La Rosaleda” (“Malaqa”), “Romareda” (“Saraqosa”), “Riazor” (“Deportivo”), “Anoeta” (“Real Sosyedad”), “Qran Kanariya” (“Las Palmas”).

Siyahı FİFA-ya göndərilib. Bundan sonra əsas futbol təşkilatı bu stadionları təsdiq etməli olacaq. 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Ümumilikdə turnirə 20 stadion ev sahibliyi edəcək. İspaniyada 11, Portuqaliyada 6 və Mərakeşdə 3.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur