Oğuz rayonunda intihar hadisəsi baş verib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki rayonun Yemişənli kənd sakini, 33 yaşlı Pərviz Tahir oğlu Məmmədxanov dünən saat 15 radələrində intihar edib.
P.Məmmədxanov özünü yaşadığı evin həyətindəki tövlədə asıb.
Yaxınları iddia edib ki, hadisədən bir qədər əvvəl Pərvizin həyat yoldaşı ailə münaqişəsi zəminində evi tərk edərək gedib. Pərvizin də bu səbəbdən həyatına qəsd etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.