10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

“Cəbrayılın azadlığında cəbrayıllı şəhidin də payı var” - Mayor Səyavuş Kəlbalıyev 

04 okt 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Bu gün Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür. Bu tarix həm də Cəbrayılın igid oğlu, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Səyavuş Kəlbalıyev Hümbət oğlunun ruhuna bir daha minnətdarlıqla baş əymək günüdür.

Qutb.az-ın məlumatına görə, Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya göz açıb. Uşaqlıq illərini müharibənin kölgəsində keçirsə də, Vətən sevgisi onun həyat yolunun əsas istiqamətinə çevrilib. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa şəhər 6 saylı tam orta məktəbdə alan Səyavuş 2005-ci ildə məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2009-cu ildə məzun olduqdan sonra Azərbaycanın müxtəlif bölgələrində hərbi xidmətini davam etdirən Kəlbalıyev peşəkar zabit kimi tanınırdı. İkinci Qarabağ müharibəsi zamanı o, Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışırdı.

Səyavuş Kəlbalıyev 2020-ci il sentyabrın 29-da, Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olub. O, doğma torpaqların azadlığı uğrunda son nəfəsinə qədər vuruşub.

Mayor Kəlbalıyev Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib. Ailəli idi, iki övladı yadigar qalıb.

Qəhrəman zabitimizin Vətən qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün Cəbrayılın azadlığı qeyd edilərkən, həmin uğurun bünövrəsində dayanan şəhidlərimizin, o cümlədən cəsur cəbrayıllı mayor Səyavuş Kəlbalıyevin xatirəsi qürurla yad edilir

 

14669581466957

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur