AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 6 nəfər sakini peşə təhsil mərkəzinə qəbul olub.
"Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə keçirilən mitinq İştirakçılarına videomüraciətində deyib.
O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib: "Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krim da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, yarası bizim yaramızdır. Bizim qələbəmiz isə sizin hər birinizin qələbəsi olacaq".
Mitinq iştirakçılarına Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya da müraciət edib. O deyib ki, Ukrayna və komandası Gürcüstanın böyük Avropa ailəsinə qoşulması üçün əlindən gələn hər şeyi edəcək: "Bu gün dərk etmək çox ağırdır ki, bütün gürcülər bir oliqarxın girovuna çevrilib. Onun ailə üzvləri Avropa İttifaqında yaşayır. Gürcülər isə şanslarını itirirlər və bu gün gözləməlidirlər. Ümid edirəm ki, gürcülər hökumətlərinin hərəkətlərini düzgün qiymətləndirəcəklər".