İrlandiyanın qadın basketbol komandası 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi matçından əvvəl İsrail millisinin nümayəndələri ilə əl sıxmaqdan imtina edib.
Publika.az xəbər verir ki, görüş cümə axşamı baş tutub və 87:57 hesabı ilə israillilərin qələbəsi ilə yekunlaşıb. Qəzza zolağında baş verən hadisələrə görə oyun neytral meydanda keçirilib.
Matçdan əvvəl İrlandiya yığması “X” sosial mediasında xəbərdarlıq etmişdi ki, komanda hədiyyə mübadiləsi və əl sıxma kimi ənənəvi oyunöncəsi mərasimdə iştirak etməyəcək.
Bundan əvvəl İrlandiya yığması böyük cərimələr və yarışdan kənarlaşdırılma təhlükəsi ilə oyunu boykot etmək niyyətindən imtina etdiyini bildirən bir bəyanat yaymışdı.