Münaqişə səhər saat 5-də Ryazanski prospekti ərazisindəki fast-fud dükanında baş verib. Kamran Qarayevlə şaurma satıcısı Nazim Musayev düşüb. Yaşlı adam tənbəllik etmədi, 16 çaplı "Bekas-3" tüfənginin dalınca gedib və iki saat sonra dönüb.
Dava tədricən metronun foyesinə keçib. Kişilər mübarizə aparmağa başladılar və silahdan atəş açılıb. Qırmalar tavana dəyib. Kamran metronun təhlükəsizlik işçiləri və narahat olan sərnişinlər tərəfindən saxlanılıb. Pompalı tüfəng onun əlindən alınıb. Müəyyən edilib ki, atəş açan şəxsin "Bekas"a icazəsi, həmçinin mühafizəçinin şəxsiyyət vəsiqəsi var. Yaşlı xuliqanla bağlı cinayət işi başlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun