“Borussiya Dortmund”un hücumçusu Marko Roys klub azarkeşləri ilə vidalaşıb.
Publika.az xəbər verir ki, “Darmşdat”la oyundan (4:0) sonra müqaviləsi bitdiyi üçün “Borussiya”dan ayrılacaq Roys bara daxil olan klubun bütün azarkeşlərini pivəyə qonaq edib.
Kassada klubun əfsanəsindən belə bir mesaj olub:
“Hər şey üçün təşəkkürlər! Pulsuz pivə məndən. Sizin Marko”.