05.04.25 | Bakı 11.03° C |
18:55:53
Lent :

Zelenski Zalujnıya Ukrayna qəhrəmanı adı verdi

09 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş Ali Baş Komandanı Valeri Zalujnını Ukrayna Qəhrəmanı adına layiq görüb.

Publika.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub .

“Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətə görə, general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram”, - fərmanın mətnində deyilir.

Fevralın 8-də Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Ukrayna prezidentinin sözlərinə görə, 2024-cü il yalnız ölkənin müdafiə bazasında dəyişikliklər olacağı təqdirdə uğurlu ola bilər. Zalujnı 2021-ci ilin iyulundan Ukrayna ordusuna rəhbərlik edirdi.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski respublika silahlı qüvvələrinin yeni baş komandanı təyin edilib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur