"Kurtlar Vadisi" serialında canlandırdığı Memati obrazı ilə məşhurlaşan aktyor Gürkan Uygun aktrisa Melike İpek Yalova ilə yeni serialda tərəf müqabili olacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük "Mövzu Derin" adlı serialda baş rolları paylaşacaq. Serial TRT-nin rəqəmsal platforması "Tabii"də nümayiş olunacaq.
Bildirilib ki, rejissorluğunu Doğan Ümit Karacanın etdiyi "Mevzu Derin" serialının ssenarisini Yusuf Reha Alp yazıb. Artıq 10 seriyanın ssenarisi hazırdır, çəkilişlərin mart ayının ortalarında başlanması planlaşdırılır.
"Mevzu Derin" serialında Gürkan Uygun zalımlarla savaşan Ali Reşat adlı zorba obrazını canlandıracaq, Melike İpek Yalova isə Derin rolunu ifa edəcək.
Oxumağa davam et