Fransa ordusunun istefada olan generalı Dominik Delavarde ölkədə davam edən parlament seçkiləri fonunda yaranmış təlatümlü vəziyyəti şərh edib.
Publika.az xəbər verir ki, general Fransada vətəndaş müharibəsi olacağı ilə bağlı xəbərdarlıq edib.
“Seçkilərdə prezident Makronun nümayiş etdirdiyi seçki dəstəyi qeydə alınmış seçicilərin 7,3%-ni təşkil edir... Əhali parçalanıb, ölkə “vətəndaş müharibəsi öncəsi” vəziyyətindədir”, - təqaüdçü general deyib.
Onun fikrincə, rəsmi Parisin bu “uğursuzluğunun” səbəbi siyasi iradənin olmaması və “Vaşinqtonun əmrlərini qeyd-şərtsiz yerinə yetirməsi”dir.
Tural