Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mişi Batşuayi "Qalatasaray"a keçib.
Publika.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbağça"nın üzvü olub.