“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem X sosial şəbəkəsindəki səhifəsinin hakerlər tərəfindən oğurlandığını bildirib.
QÜTB.AZ xəbər verir ki, “Twitter”im qırılıb. İstənilən mesaja məhəl qoymayın”, – deyə ingilis futbolçu başqa sosial şəbəkədəki səhifələrində yazıb.
Dekabrın 29-da ingilis yarımmüdafiəçisinin "X"dəki hesabı kriptovalyuta layihəsini reklam edən repostlar etməyə başlayıb. Bu mesajlar sonradan silinib.