Ermənistan hakimiyyəti “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” verilişlərinin ölkədə yayımını qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, qadağanın səbəbi Ermənistanın Televiziya və Radio Komissiyası tərəfindən qeydə alınan “daimi pozuntular” olub. Lakin bu cür pozuntulara dair heç bir nümunə verilmir.
Vladimir Solovyovun verilişləri Ermənistanda RTR-Planeta kanalında yayımlanırdı. Telekanal ictimai multipleksdə (yəni ictimai yayım şəbəkəsində) mövcuddur.
Tural