Ukraynalı model Mila Kuznetsovanın həmyerlisi, məşhur boksçu Aleksandr Usikə etdiyi təklif maraqla qarşılanıb.
QÜTB.AZ xəbər verir ki, Ukraynada ən böyük sinəyə sahib olan Kuznetsova Tayson Fyuri ilə revanş görüşü üçün Usikin çempionluq kəmərini rinqə gətirmək istədiyini bildirib.
“4 il əvvəl Kliçko qardaşlarının muzeyində oldum, Vitali və Vladimirin çempionluq kəmərlərini gördüm və boksla maraqlandım. Usikin döyüşlərini izləyirəm, onun mayda Ər-Riyadda Tayson Fyuri üzərində qələbəsinə çox sevindim.
İndi isə dekabrda Səudiyyə Ərəbistanında keçiriləcək revanş döyüşü üçün təklifim var. Birincisi, mən özüm döyüşdən əvvəl Aleksandrın çempionluq kəmərlərindən birini rinqə çıxarmaq istərdim. Əminəm ki, bu, Ər-Riyaddakı minlərlə tamaşaçı və bütün dünyada milyonlarla televiziya izləyicisi arasında əlavə həyəcan yaradacaq”, – Kuznetsova bildirib.
Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, WBC, WBA, WBO və IBO versiyalarında ağır çəkilərdə dünya çempionu Aleksandr Usık və keçmiş WBC çempionu Tayson Fyuri arasında revanş görüşü 21 dekabr 2024-cü ildə baş tutacaq.