“Neftçi” 2 futbolçusu ilə yollarını ayırıb.
Publika.az xəbər verir ki, "ağ-qaralar" müqaviləsi başa çatan qapıçı Aqil Məmmədov və fələstinli yarımmüdafiəçi Ataa Caberlə vidalaşıb.
2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.
Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.
Heybət