“Bavaraiya”, “Tottenhem”dən icarə əsasında komandaya qoşulan 30 yaşlı mərkəz müdafiəçisi Erik Dayer ilə müqavilənin 2025-ci ilə qədər uzadıldığını rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Münxen komandası “X” sosial şəbəkəsində məlumat verib.
Xatırladaq ki, Dayerin icarə müqaviləsində Münxen klubunun ingilislə müqaviləni uzatmaq opsiyasını aktivləşdirmək hüququ var idi. Eyni zamanda, Dayerin “Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Beləliklə, müdafiəçi bu yay azad agent kimi “Bavariya”ya rəsmən qoşulacaq.
Xatırladaq ki, bu mövsüm Dayer bütün turnirlərdə 10 matçda iştirak edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.