“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel ” mavilər”in Maurisio Poçettino dövründə üzləşdiyi tənqidlər haqda danışıb.
“Bəzi tənqidlər hədsiz idi, lakin bizim dövrümüzdə də eyni halyaşaıb.
Qalib gəlmədikdə tənqidlə üzləşirsən və məşqçilərin işini itirməsini seyr edirsən.
Bu “Çelsi”dir. Burada qalib gəlməlisən. Siz matçlar və kuboklar qazanmalısınız. Mən futbolçuların və məşqçinin yanındayam. Onlara vaxt vermək lazımdır, bəs nə qədər?
Abramoviç dövrü olsaydı, Poçettino indiyə qədər işini itirəcəkdi. Amma ümid edirəm ki, yeni sahiblər ona vaxt verəcəklər. Mövsümün sonunda bunun nə ilə nəticələnəcəyini görəcəyik”, Obi Mikel “Evening Standard”a bildirib.
Xatırladaq ki, Poçettino ötən yay “Çelsi”nin baş məşqçi postuna keçib.
İngiltərə çempionatının 25 turundan sonra London klubu 35 xal toplayıb və 11-ci yerdədir.