05.04.25 | Bakı 11.03° C |
07:33:11
Lent :

Məşhur qapıçı 26 yaşında qəflətən öldü

15 iyn 2024 12:00
İDMAN
ads
Advertisement

Monteneqro millisinin və İngiltərənin “Milluoll” klubunun qapıçısı Matiya Sarkiç ölüb.

Publika.az xəbər verir ki, 26 yaşında olan Sarkiç iyunun 15-də Monteneqronun Budva şəhərindəki evində dünyasını dəyişib.

Futbolçunun ölümünün dəqiq səbəbləri məlum deyil. “Daily Mail”in məlumatına görə, Sarkiç şənbə günü səhər tezdən xəstələnib. Futbolçunun dostları təcili yardım çağırsalar da, onu xilas edə bilməyiblər.

Qolkiper iyunun 5-də Monteneqro millisinin heyətində Belçika ilə yoldaşlıq oyununda (0:2) çıxış edib. Ümumilikdə Sarkiçin millidə 9 oyunu var.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur