02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Trampı gözləyən aqibət: Namizədliyi ləğv ediləcək, yoxsa...

31 may 2024 07:00
GÜNDƏM
ads

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 34 ağır cinayətdə mühakimə olunduğu susqunluq məhkəməsində bütün maddələr üzrə təqsirli bilindiyi haqda məlumat vermişdik. Bəs bu qərar ABŞ prezident seçkilərinə necə təsir edəcək?

Publika.az xəbər verir ki, mühakimələrə baxmayaraq Tramp hələ də namizəd ola bilər. Çünki, ABŞ Konstitusiyasında prezidentliyə namizədlik tələbləri nisbətən sadədir: namizədlərin ən azı 35 yaşı olmalı, əsl ABŞ vətəndaşı olmalı və ən azı 14 il ABŞ-da yaşamalıdır.

İiyulun 11-də hakim Juan Merçan hökm oxuyacaq. Hökm çıxarılarkən Trampın yaşı da daxil olmaqla, bir neçə amil nəzərə alınacaq. Cəzaya cərimə, sınaq müddəti və ya bəlkə də həbs daxil ola bilər. Qərarı “rüsvayçılıq” adlandıran Tramp, ondan şikayət edəcək. Bu proses aylar, hətta illər çəkə bilər.

Çox az ehtimal olsa da, Trampın həbs edilməsi mümkündür. 34 ittihamın hamısı Nyu-Yorkda ştatda ən aşağı səviyyə olan E sinif cinayətləridir. Hər bir ittiham üçün ən çox dörd il həbs cəzası nəzərdə tutulur. Hakim mövcud vəziyyəti ölçüb-biçəcək və bəlkə də keçmiş prezidenti həbsə atmaqdan çəkinəcək.

Trampın mühakimə olunduğu Nyu-Yorkda cinayətkarların həbsdə olmadıqları müddətdə səs verməsinə də icazə verilir. Yəni Tramp noyabrın 5-də həbsdə olmayacaqsa, səsvermə hüququna malik olacaq.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur