ABŞ Macarıstandan İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiya prosesini sürətləndirməsini xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlərə deyib.
“Əlbəttə, macar müttəfiqlərimizlə əlaqə saxlayırıq. Macarıstan hakimiyyəti İsveçin NATO-ya daxil olmasını dəstəklədiklərini bildirib. Biz ratifikasiya prosesinin tamamlamasını səbirsizliklə gözləyirik və alyans daha gecikmədən İsveçi öz sıralarına qəbul edəcək”, - deyə V.Patel qeyd edib.
O, həmçinin Vaşinqtonun Türkiyə parlamentinin yanvarın 23-də qəbul etdiyi qərarını alqışladığını vurğulayıb.