Xəbər verdiyimiz kimi, Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
QÜTB.AZ Baku TV-yə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toyunda gənclərin ailə üzvləri, qohumlar, Şuşa sakinləri, rəsmi şəxslər, o cümlədən Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov da iştiak edib.
A.Kərimov bu xoş günlə bağlı təəssüratını bölüşüb: "Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram".