22.03.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Bavariya” bu mövsümdə ilk dəfə məğlub oldu

15 dek 2024 02:00
İDMAN
ads
Advertisement

Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 14-cü turu çərçivəsində ilk dəfə məğlub olub.

QÜTB.AZ xəbər verir ki, münxenlilər dekabrın 14-də səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzublar. Ev sahiblərinin heyətində cənubi koreyalı Li Jae-Sunq matçın 41-ci və 60-cı dəqiqələrində dubl edib. “Bavariya” ancaq oyunun sonunda – 87-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesab arasındakı fərqi azalda bilib. Bu, Münxen təmsilçisinin cari mövsümdə Bundesliqada ilk məğlubiyyəti olub.

Bundesliqanın 14-cü turunun digər qarşılaşmalarında “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. Günün sonuncu görüşündə isə “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib.

Tura dekabrın 15-də keçiriləcək “Haydenhaym” – “Ştutqart”, “Borussiya Dortmund” – “Hoffenhaym” və “Leyptsiq – “Ayntraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.

Xatırladaq ki, turun ötən gün oynanılan açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.

Məğlubiyyətə baxmayaraq, “Bavariya” 33 xalla Bundesliqada liderliyini davam etdirir. Münxen təmsilçisindən dörd xal geri qalan “Bayer Leverkuzen” ikinci pillədədir. Sabah üz-üzə gələcək “Ayntraxt Frankfurt” 27 xalla üçüncü, “Leyptsiq” isə 24 xalla dördüncü sıradadır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 22.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:10
05:08
Sübh
05:20
05:18
Gün çıxır
06:41
06:39
Zöhr
12:47
12:47
Əsr
16:13
16:14
Gün batır
18:55
18:56
Məğrib
19:11
19:12
İşa
20:05
20:06
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur