Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev Rusiya liderinin Astanaya dövlət səfərini təmin etmək barədə razılığa gəliblər.
QÜTB.AZ TASS-a istinadən xəbər verir ki, onlar bunu telefon danışığı zamanı müzakirə ediblər.
"Biz Vladimir Putinin Astanaya dövlət səfərinə yüksək keyfiyyətli hazırlığı təmin etmək barədə razılığa gəldik", - Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.
Bundan əlavə, qeyd olunur ki, ölkə rəhbərləri enerji və iqtisadiyyat sahələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Tural