22.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Müsəlmanlarla bağlı sərt qadağalar: Qanun layihəsi hazırlanır

21 yan 2025 18:00
DÜNYA
ads
Advertisement

İtaliyada ifrat sağçı Liqa Partiyası ictimai yerlərdə niqab və çadra kimi geyimləri qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə İtaliya mətbuatında bildirilib.

Liqanın təklif etdiyi qanuna ictimai yerlərdə niqab və çadra kimi üzü örtən geyimlərə qadağa, qadınları niqab taxmağa məcbur edən kişilərə isə cəza daxildir. Cəzalar iki il həbs, 30 min avro pul və ya vətəndaşlıq müraciəti hüququnun itirilməsi ola bilər.

Bildirilib ki, Liqanın təqdim etdiyi bu son qanun layihəsi 1975-ci ildə qəbul edilmiş ictimai təhlükəsizlik səbəbi ilə ictimai yerlərdə üz örtüklərinin taxılmasını qadağan edən qanundan daha sərt qaydalar təqdim edir.

Qeyd olunub ki, 1975-ci il qanunu ibadət yerləri və sağlamlıq səbəbləri kimi sahələrdə bəzi istisnalar nəzərdə tuturdu, lakin Liqanın son təklifi bu istisnaların aradan qaldırılmasına yönəlib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur