TƏBİB qarlı hava şəraiti ilə bağlı müraciətlərin sayını açıqlayıb.
Publika.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 22 nəfərin travma səbəbilə müraciəti qeydə alınıb.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri, xüsusilə ətrafların travması diaqnozu ilə 22 nəfər profil üzrə xəstəxanalara təxliyə olunublar.