2024-cü ilin məlumatlarına görə, dünyada ümumi əhalinin 62 faizi sosial mediadan istifadə edir.
Publika.az xəbər verir ki, “Facebook” aylıq 3 milyarddan çox aktiv istifadəçisi ilə dünyada ən çox istifadəçisi olan sosial media platformasıdır.
“Google”a məxsus onlayn video paylaşma platforması “YouTube” siyahıda 2-ci yerdədir. Ondan dünyada 2,5 milyard insan istifadə edir.
“TikTok” 5-ci, “WeChat” 1,3 milyard istifadəçi ilə 6-cı, “Douyi”n 755 milyon istifadəçi ilə 10-cu, “Kuaishou” 700 milyon istifadəçi ilə 11-ci, İlon Maska məxsus “X” (keçmiş Twitter) 611 milyon istifadəçi ilə 12-ci, “Weibo” 600 milyon istifadəçi ilə 13-cü yerdədir.
Sosial media istifadəçilərinin sayı keçən illə müqayisədə 5,6 faiz artıb. 2023-cü ildə 266 milyon yeni istifadəçi ilk dəfə sosial mediadan istifadə etməyə başlayıb. Məlumdur ki, dünyada 5,35 milyard insan internet istifadəçisidir.
Aysel Şahmar