Paris Olimpiadasının Təşkilat Komitəsi oyunların təşkilində uğur qazansa da, hər şey mükəmməl olmayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında Oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının rəhbəri Pyer-Olivye Bekers-Vyejan bildirib.
“Əlbəttə, biz etiraf edirik ki, açığı, hər şey mükəmməl deyildi. Hətta tam hazırlıq və sınaq yarışları keçirilsə belə, Oyunlar başlayan kimi bəzi planlar istər-istəməz düzəlişlər tələb edirdi. Bu düzəlişlər, məsələn, nəqliyyat məsələlərində və ya istirahət zonasında baş verdi, bəzi tətbiqlər, əlbəttə ki, hamınızın bildiyiniz kimi, planlaşdırıldığı kimi işləmədi”, - deyə o qeyd edib.