Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Qutb.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatına görə, zəlzələnin episentri Mati şəhərindən 63 km şimal-şərqdə yerləşib, ocağı isə 53 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Qeyd eədk ki, sentyabrın 30-da baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində 72 nəfər ölüb.