Bu gün İngiltərədə kral III Çarlzın portreti olan əskinaslar dövriyyəyə buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə İngiltərə Bankı (BoE) açıqlama yayıb. Bildirilib ki, üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 sterlinqlik əskinaslar dövriyyəyə buraxılıb.
BoE başçısı Endryu Beyli bundan məmnun olduqlarını bildirib: “Bu, tarixi bir andır, çünki biz ilk dəfə əskinaslarımızdakı kralı dəyişirik. Nağd pulun bir çox insanlar üçün vacib olduğunu bilirik və ictimaiyyət bunu tələb etdikcə əskinasları təqdim etməkdə qərarlıyıq".
Qeyd edək ki, əskinaslarda əks olunan portret 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.
Roza