"Qalatasaray" yarımmüdafiəçi Kazemironu icarəyə götürmək üçün "Mançester Yunayted"lə danışıqlar aparır.
QÜTB.AZ xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Manuel Uqartenin Mançester təmsilçisinə transferi braziliyalı futbolçunun əsas heyətdəki yerini itirməsi anlamına gəlir. Buna görə də 32 yaşlı yarımmüdafiəçi klubu tamamilə tərk edə bilər.
Onunla yalnız "Qalatasaray" maraqlanır. Türkiyədə transfer pəncərəsinin bağlamasına xeyli vaxt qaldığından danışıqlar sakit şəkildə gedir. İstanbul nəhəngi onu icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Kazemiro Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən "Liverpul"la matçın ilk yarısını olduqca pis keçirib. O, rəqibin 2 qol vurmasına səbəb olan iki səhv edib və fasilədə əvəzlənib. Bundan sonra futbolçu ciddi şəkildə tənqid olunmağa başlayıb.
Qeyde edək ki, "Qalatasaray" ötən gün "Napoli"dən Viktor Osimhenii heyətinə qatıb.
Qutb