04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ermənistanda təbii fəlakət qurbanlarının SAYI ARTDI

26 may 2024 18:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, Ermənistanın Lori rayonunda Debed və Aqstev çaylarının məcrasından çıxması nəticəsində yüzlərlə insanın evi su altında qalıb.

Publika.az "Hraparak"a istinadla xəbər verir ki, saat 19:30-a olan məlumata əsasən, axtarış-xilasetmə və təxirəsalınmaz qəza-bərpa işləri davam etdirilir.

Bildirilib ki, xilasedicilər və digər cəlb olunmuş qüvvələr tərəfindən Lori və Tavuş vilayətlərində müxtəlif yaşayış məntəqələrindən 190 nəfər təxliyə, 75 nəfər isə xilas edilib (Loridə 223, Tavuşda 42 nəfər).

Son məlumata görə, fəlakət zonasında ölənlərin sayı üçə çatıb. Xilasedicilər naməlum vətəndaşın meyitini Sənahin körpüsünün yaxınlığından çıxarıblar. Haqtanak qəsəbə sakini, 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ptqavan qəsəbəsinin futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şnoq kəndi yaxınlığından çaydan çıxarılıb.

Tavuş vilayətində 2 körpü uçub, 1-i zədələnib, 3 yaşayış evi uçub, 45 ev, 2 mehmanxana, 18 ictimai və digər obyektlər su altında qalıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur