"Turan Tovuz"un müdafiəçisi Sərtan Taşkın Türkiyənin "Manisa" klubuna keçib.
Publika.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərtanla 1,5 illik müqavilə imzalanıb.
Müdafiəçi yeni klubuna keçidi haqda bunları deyib:
"Manisa"ya gəldiyim üçün xoşbəxtəm. Burada gözəl işlər görmək istəyirəm. Bunun üçün çox çalışacam".
Qeyd edək ki, "Manisa"nın bu transferə görə "Turan Tovuz"a 150-200 min manat ödədiyi bildirilir.
Heybət